Binəqədi gəncləri məşğulluq proqramı barədə məlumatlandırılıblar    

16:52 04.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 17 dekabr 2001-ci ildə təsis olunub. Təsis olunduğu dövrdən də gənclərin formalaşmasında, bədii təxəyyülünün inkişafında, sosial problemlərinin həllində yaxında iştirak edərək, bir çox layihələr həyata keçirib.

Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Peşə təhsilinə dəstək olaq” aztəminatlı gənclər üçün peşə təlimlərinin təşkili və saytın yaradılması layihəsi çərçivəsində ilk tədbirini 4 noyabr saat 12:00-15:00-dək Binəqədi Gənclər evində təşkil edib.
Layihənin başlıca məqsədi gənclərə peşəyönümü sənət öyrətməklə maarifləndirici sosial dəstək vermək, onların gələcək karyerası üçün bacarıq və vərdişlərinin formalaşmasına, sənətə yiyələnməsinə yardımçı olmaq, yetişməkdə olan gənc nəslin yüksəkkeyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi üçün kadrların hazırlanması işinə töhfə verməkdir.
Binəqədi Gənclər evində keçirilən tədbirdə Bakı şəhəri üzrə 30 nəfər gənc iştirak edib. Tədbiri açan İctimai Birliyin sədri Xoşbəxt  Seyidova iştirakçılara birlik haqqında məlumat verib.

Sonra qonaqlardan Bakl Şəhər Məşgulluq İdarəsinin rəis müavini Fatma Ələkbərova,  peşə hazirliğı və sosial müdafiə sektorunun baş məsləhətçi Aysel Ağayeva çıxış edərək, yeni qəbul olunmuş məşgulluq proqramı haqqında danışdılar. Tədbirdə 30 nəfər gənc nəslin nümayəndələri bərbərlik, dərzilik və kompüter dizaynı peşələri haqqında geniş məlumat əldə etdilər.